Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:56
-
Norveçin Pensiya Fondunda (əvvəllər- Neft Fondu) hazırda 5.11 trilyon kron (828,6 milyard dollar) vəsait yığılıb. Məlumatı ölkənin Mərkəzi Bankı yayıb.

ADAMA 162 MİN DOLLAR

Ölkənin əhalisi hazırda 5,096 milyon nəfərdir. Beləliklə, Norveçin hər sakininin Pensiya Fondundakı şərti payı ilk dəfə olaraq 1 milyon kronu keçib. Bu barədə Reuters agentliyinə Mərkəzi Bankın nümayəndəsi Thomas Sevang bildirib. Hazırkı kursla, bu, təxminən 162 min dollar edir.

Müqayisə üçün, Rusiyada Milli Rifah Fondunun vəsaiti 2013-cü il dekabrın 1-dək 88,06 milyard dollar olub, yəni Norveç fondundan 9,4 dəfə az. 2013-cü ilin əvvəlinə olan statistikaya görə, ölkənin əhalisi 143,3 milyon nəfərdir. Yəni hər sakinə 615 dollar düşür. Norveçdəkindən 263 dəfə az.

Dünyada “gələcək nəsillər” üçün olan milli fondlardan olan Norveçin Pensiya Fondu 1990-cı ildə ölkə parlamentinin qərarıyla yaradılıb. 15 il Neft Fondu adlanıb. Vəsaitləri neft-qaz sənayesinin vergiləri, resurslardan istifadə üçün kirayə ödənişləri, eləcə də illik dividentlər hesabına formalaşır. Dividentləri hökumət Statoil-dakı 67 faiz səhmdən qazanır. Norveç dünyada yeddinci neft ixracatçısı və Avropada Rusiyadan sonra ikinci qaz ixracatçısıdır.

HƏR İL YALNIZ 4%-İ XƏRCLƏNİR

2006-cı ildə Norveçin Neft Fondunu Pensiya Fondu ilə birləşdirib adını dəyişiblər. Norveçin maliyyə nazirliyinin məsləhətçisi Anders Lande AzadlıqRadiosuna deyib ki, bu ad heç də fondun bütün pullarının pensiya ödənişlərinə gedəcəyini göstərmir:
“Biz sadəcə vurğulayırıq ki, gələcəkdə bu vəsaitlərə böyük tələbat yarana bilər və onları indidən yığmaq pis fikir deyil”.

Ancaq 2002-ci ildə hökumət fondun vəsaitlərindən ölkə daxilində istifadə etmək hüququ alıb. Hazırda onlar hər il büdcənin hazırkı ehtiyaclarına ayrılmalı olan məbləği müəyyənləşdirirlər. Hazırda bu məbləğ pensiya Fondunun 4%-dir, yəni illik qazanc həcmində.

“Beləliklə, fondun özü toxunulmaz qalır: o, azalmır, ancaq yeni daxilolmalar hesabına daim artır”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG