Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:04

Qəzada avtomobil dirəyi yerindən çıxardı


-
Yanvarın 10-da Bakı şəhərinin Nizami rayonu ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Heydər Əliyev prospektinin “Şəfa” stadionunun qarşısından keçən hissəsində “Lexus” markalı avtomobil işıq dirəyinə çırpılıb. Zərbənin gücündən iri işıq dirəyi yerindən çıxıb və yolun hərəkət zolağına düşüb. “Lexus”da olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, sürücünün idarəetməsindən çıxan avtomobil yolun ortasındakı dirəyə çırpılıb. Dirəyin prospektin ortasına düşməsi isə daha 2 avtomobilin əzilməsinə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG