Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:52

Müdafiə Nazirliyinin sabiq vəzifəlisini İnterpol saxlayıb


France -- Interpol’s lobby, Interpol headquarters in Lyon, eastern France, 17May2010

France -- Interpol’s lobby, Interpol headquarters in Lyon, eastern France, 17May2010

-
İnterpolun Rusiya xidm'tinin əməkdaşları 1965-ci il təvəllüdlü Azərbaycan vətəndaşını saxlayıblar. Trend-in Rusiyanın Daxili İşlər Nazirliyinin İrkutsk Baş İdarəsinin saytına istinadən verdiyi məlumata görə, o, Azərbaycanda dələduzluq törətməkdə şübhəli bilinərək barəsində beynəlxalq axtarış elan edilib,

Hüquq-mühafizə orqanlarının məlumatına görə, həmin şəxs 2010-cu ildə Azərbaycan Müdafiə Nazirliyinin vəzifəli şəxsi kimi öz vəzifə səlahiyyətlərindən istifadə edərək ödəniş-mühasibat sənədlərini saxtalaşdırıb. Onun qeyri-qanuni hərəkətləri nəticəsində nazirliyə təxminən 125 min ABŞ dolları məbləğində zərər dəyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə məlumatı təsdiqləyiblər. Bildiriblər ki, saxlanılan Yadigarov İlqar Heydər oğludur.

O, 2011-ci il aprelin 4-də xidməti uyğunsuzluğa görə Silahlı Qüvvələrin sıralarından təxris olunub. İ.Yadigarov 1965-ci ildə Sumqayıtda anadan olub. Silahlı Qüvvələrin N saylı hərbi hissəsində xidmət edib, maliyyəçi olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG