Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:59

Niyə müxalifət 20 ildə iqtidara çevrilə bilmədi?..


arxiv foto
arxiv foto
-
MİLLİ MƏCLİSDƏ TELEFON QADAĞASI


Milli Məclisə smartfon və androidlərin keçirilməsinə qadağa qoyulması ilə bağlı “Publika.Az” yazır ki, analoji addımı ötən ilin sonlarında Rusiya tərəfi də atıb. Belə ki, 2013-cü ilin dekabrında Rusiya Dövlət Duması deputatların xarici ölkələrin istehsalı olan “smartfonlar”dan istifadə etməsinə qadağa qoyacaq məsələni gündəmə gətirib və müvafiq qərar qəbul edilib. Hətta, Duma üzvlərinə yerli “YotaFonlar”dan istifadə etmək də tövsiyə olunur. Burada Rusiya qanunvericiləri və xüsusi xidmət orqanlarının nümayəndələri düşünürlər ki, xarici “smartfonlar”dan istifadə edən deputatların danışıqları və mobil telefonda olan məlumatlar xarici ölkələrin kəşfiyyat orqanlarına ötürülə bilər.

İlham İsmayıl
İlham İsmayıl
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Azadlıq” qəzetinə deyib ki, tətbiq olunan qadağa təsadüfi deyil. Belə ki, ABŞ kəşfiyyatçısı Edvard Snouden qalmaqalından sonra dünyaya məlum oldu ki, yeni tipli telefonların xarici kəşfiyyat orqanları tərəfindən izlənilməsi olduqca asandır:

“Düşünürəm ki, sırf informasiya təhlükəsizliyi nəzərindən yeni tipli telefonları içəri buraxmırlar. Çünki yeni telefon sahiblərinə məxsus informasiyaları asanlıqla deşifrə etmək olur”.

NİYƏ MÜXALİFƏT 20 İLDƏ İQTİDAR OLA BİLMƏDİ?

Politoloq Hikmət Hacızadə “Bizim yol” qəzetinə deyib ki, müxalifətin 20 ildə iqtidara çevrilə bilməməsi tək müxalifətlik deyil:

​“Millət, cəmiyyət olmalıdır. Müxalifət 200-300 nəfərdir. Bununla nə etmək olar? Cəmiyyət susdurulub, sındırılıb, satılıb. Vəziyyət belədir. Müxalifətin arxasında cəmiyyət durmalıdır. Həmkarlar İttifaqı, akademiklər, Ruslana, Allahşükür Paşazadə müxalifətin arxasında durmalıdır ki, iqtidar olsun. Siz onu soruşun ki, müxalifət bu 20 ildə niyə sınmadı? Günah ölkədədir, cəmiyyətdədir. Müxalifət qəhrəmandır. Soljenitsının “Arxipelaq qulağı” əsəri var. Onu yazdı, xalq qalxmadı. İndi sən jurnalist get Soljenitsına de ki, səhv yazmısan, xalq qalxmayıb. Yoxsa müxalifətin daxilində elə oldu, belə oldu”.

SİYASİ İSLAHATLAR OLACAQMI?

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində qarşıdakı sədrliyi (may-noyabr 2014-cü il) fonunda Avropa İttifaqı ilə dialoqun davam etdirilməsini, eləcə də 9 oktyabr prezident seçkiləri ilə bağlı beynəlxalq tənqidi nəzərə alaraq, KİV-də və sosial şəbəkələrdə hakimiyyətin siyasi və hüquq sistemində islahatlar (Konstitusiyaya dəyişikliklər də daxil olmaqla) aparacağı ilə bağlı fikirlər səslənir. Bununla əlaqədar “Turan” agentliyi ölkə siyasətçiləri və ekspertləri arasında sorğu keçirib. AXCP Ali Məclisinin rəhbəri Həsən Kərimov Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyindən heç nə gözləmədiyini deyib.

“Mən, ümumiyyətlə, bu təşkilatdan heç nə gözləmirəm. Azərbaycan hakimiyyəti öz “kürü diplomatiyası” ilə AŞPA və Avropa Şurasının digər qurumlarının bir çox üzvlərini öz tərəfinə çəkib. Odur ki, Azərbaycan AŞ standartlarına yaxınlaşmayıb, əksinə, Avropa Şurası Azərbaycan hakimiyyətinin “standartlarına” uyğunlaşdırılıb” - deyə H.Kərimov qeyd edib.

Natiq Cəfərli
Natiq Cəfərli
REAL vətəndaş hərəkatının icraçı katibi Natiq Cəfərlinin fikrincə, hakimiyyətin daxilində elə qruplar var ki, onlar başa düşürlər ki, indiki siyasi və iqtisadi idarəetmə sistemi tükənib və o dəyişməsə ölkəni böyük problemlər gözləyə bilər.
“...Əsas məsələ bu cür riskləri nəzərə alaraq kardinal dəyişikliklərə getmək üçün nə dərəcədə siyasi iradənin olmasındadır. Bu səbəbdən hakimiyyətin islahatlara getmək iqtidarında olmasına şübhəm var” - deyə N.Cəfərli vurğulayıb.

AZƏRBAYCAN-TACİKİSTAN MEDİA ƏMƏKDAŞLIĞI

AzərTAc xəbər verir ki, Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Tacikistan hökuməti yanında Televiziya və Radio Verilişləri Komitəsinin sədri Asadullo Rahmanovla görüşüb. Səfir jurnalistlərin, rejissorların qarşılıqlı səfərlərinin təşkil edilməsinin, hər iki xalqın görkəmli tarixi şəxsiyyətləri və ictimai-siyasi xadimləri haqqında birgə filmlər çəkilməsinin vacibliyini vurğulayıb. Tərəflər Azərbaycan və Tacikistanın ayrı-ayrı televiziya kanalları arasında birbaşa əlaqələrinin yaradılmasının əhəmiyyətini qeyd ediblər.

Asadullo Rahmanov Tacikistanın televiziya kanallarında Azərbaycan tarixinin və mədəniyyətinin, sosial-iqtisadi inkişafının işıqlandırılmasına, həmçinin muğam sənətinin və müasir musiqisinin, kino və videofilmlərin nümayiş etdirilməsinə hazır olduqlarını bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG