Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:55

Doğum göstəricisi artıb, ölüm azalıb


-
Ötən il Azərbaycanda doğum göstəricisi 13,9-dan 18,6-ya qalxıb, ölüm göstəricisi isə 6-dan 5,9-a düşüb. Təbii artım 7,9-dan 12,7-dək yüksəlib ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir. Bunu səhiyyə naziri Oqtay Şirəliyev Nazirlər Kabinetinin yanvarın 9-da keçirilən iclasında deyib.

Nazirin sözlərinə görə, son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə, hemofiliyadan ölüm 2 dəfə azalıb. Bu xəstəliklərdən əziyyət çəkənlərin təhlükəsiz donor qanı ilə təminatı məsələsi də praktik olaraq həll edilib. Qan tədarükü 6,8 tondan 30,1 tonadək artıb. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir.

Ana və uşaq sağlamlığı sahəsində də müsbət dinamika var. Proqramın qəbul edildiyi 2006-cı ildə ana ölümü əmsalı 34,2 idisə, 2013-cü ildə bu rəqəm 14,5-ə enib. Uşaq ölümü 16,2 promillidən 13-dək aşağı düşüb.

“Uşaqların sağlamlığı üçün vaksinasiyanın da böyük əhəmiyyəti var. 2013-cü ildə Azərbaycanda uşaqlar inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, 10 xəstəliyə qarşı vaksinasiya ilə əhatə olunublar. Dekabrdan etibarən milli peyvənd təqviminə çoxkomponentli pnevmokok vaksini daxil edilib, bu da uşaqları pnevmoniya xəstəliyindən qoruyacaq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG