Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:55

Sərhəd zonalarda 3 güclü stansiya quraşdırılıb


-
“Hələ dünyanın bir çox ölkələrində 2-ci nəsil rabitə texnologiyası tətbiq edildiyi halda, ölkəmizdə 3-cü nəsil texnologiya tamamilə, Bakı və Abşeronda isə 4-cü nəsil rabitə texnologiyaları tətbiq olunmağa başlanılmışdır”.

Bunu yanvarın 9-da Nazirlər Kabinetinin iclasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib:

Nazirin sözlərinə görə, Qlobal İnternet şəbəkəsinin Azərbaycan seqmenti hesabat ilində inkişaf edib, 70 faiz istifadə sıxlığı ilə MDB və Mərkəzi Asiyada öz liderlik yerini saxlayıb. İnternet üzərində işgüzarlıq fəaliyyəti xeyli sürətlənib. Mobil və stasionar genişzolaqlı internetin abonent şəbəkəsi 30 faiz artıb.

“2013-cü ildə bütün ölkə əhalisinin 95-98 faizi rəqəmli televiziya ilə əhatə olunub və ölkəmiz analoq efiri ilə vidalaşmağa hazırdır. Bu texnoloji göstərici üzrə ölkəmiz inkişaf etmiş ölkələr sırasında yer alıb. Sərhəd zonalarda qonşu ölkələrdən efirə müdaxilələrin qarşısının alınması üçün hesabat ilində üç güclü stansiya quraşdırılıb. Müvafiq təhlükəsizlik xidmətləri ilə birgə aparılmış işlər nəticəsində artıq bu gün bu sahədə ciddi problemlərlə üzləşmirik. Ölkəmiz üçün çox vacib əhəmiyyəti olan bütün spektr boyu radiotezliklər resurslarının monitorinqi sisteminin birinci növbəsi, yəni Bakı və Abşeron yarımadası üçün stasionar və digər ərazilər üçün isə 3 mobil stansiya quraşdırılıb istifadəyə verilib” – nazir belə deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG