Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:10

Orta aylıq əmək haqqı 423 manat olub


-
Ötən il 2012-ci illə müqayisədə işləyənlərin orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manat olub. Bunu maliyyə naziri Samir Şərifov yanvarın 9-da Nazirlər Kabinetinin iclasında deyib.

Onun sözlərinə görə, pullu xidmətlərin həcmi 8,2 faiz artaraq 6,5 milyard manat olub.
Ötən müddət ərzində manatın dəyəri sabit qalıb, inflyasiya 2,4 faiz təşkil edib və əhalinin pul gəlirlərinin artımından xeyli aşağı olub. 2013-cü ildə əhalinin banklarda olan əmanətlərinin məbləği 6,8 milyard manata çataraq 34 faiz artım əldə edilib.

Ötən il minimum əmək haqqı 13 faiz, əmək pensiyasının baza hissəsi 17,6 faiz, bütün növ sosial müavinətlər 10-67 faiz çərçivəsində artıb. Dövlət sektorunda çalışanların əmək haqları isə ən azı 10 faiz həcmində artırılıb.

“Tətbiq olunmuş artımlar təxminən 3 milyon nəfərdən çox insanın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına zəmin yaradıb” - Samir Şərifov belə deyib.

Maliyyə naziri onu da vurğulayıb ki, ölkədə abadlıq və quruculuq işləri, kəndlərarası yolların tikintisi və digər zəruri tədbirlərin maliyyələşdirilməsi üçün 2013-cü ildə Prezidentin Ehtiyat Fondundan 347 milyon manat vəsait ayrılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG