Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:14
-


Moskvada bir qrup adamın “Quran”ı yandırması zamanı çəkilmiş video ilə bağlı istintaq başlanıb.

Paytaxt polisi yanvarın 9-da bildirib ki, videoda baş verən hərəkətləri törədən adamları tapmaq üçün xüsusi istintaq qrupu yaradılıb.

Yanvarın 5-də internetdə yayılan videoda iki nəfər islamnı müqəddəs kitabı olan “Quran”ın rusca tərcüməsini yandırdıqları əks olunur. Kitabı yandıranların sifətləri videoda görünmür.

Səslərindən eyni adamlar olduqları hiss edilən iki nəfər həmin videoda Moskva metrosunda vaqonun içində qorxu içində bir nəfəri təhqir edir, ondan Allahı inkar etməsini tələb edirlər.

Naməlum adamların hücum etdikləri gənc başından vurularaq yaralanıb.

Videoda həmçinin çeçenlər əleyhinə şüarlar olan musiqi səslənir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG