Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:24

Əli İnsanovun şikayətlərinə baxılacaq


-
Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun işi üzrə məhkəmə prosesi keçiriləcək.

Bu barədə AzadlıqRadiosuna vəkil Toğrul Babayev məlumat verib. Onun sözlərinə görə, məhkəmə Əli İnsanovun 11 il azadlıqdan məhrum edilməsi barədə hökmə, eləcə də keçmiş nazirin işgəncəyə məruz qalmasıyla əlaqədar Ədliyyə Nazirinə və Penitensiar Xidmətə qarşı işə baxacaq.

Hər iki işlə bağlı Avropa Məhkəməsi qərar çıxarıb.

Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması) və 3-cü (işgəncəyə məruz qalmamaq) maddələri üzrə hüquqların pozulması qənaətinə gəlmişdi:

«Avropa Məhkəməsi Azərbaycan hökumətini cərimələyib və işə yenidən baxılması tələbini irəli sürüb. Ali Məhkəmənin Plenumu da oktyabrda Avropa Məhkəməsinin sözügedən qərarı əsasında hər iki iş üzrə vaxtilə apelyasiya və kasasiya məhkəmələrinin çıxardığı qərarları ləğv edərək, işləri yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdi».

Yanvarın 17-də saat 11-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Sənan Hacıyevin sədrliyi ilə işgəncə, elə həmin gün saat 14:30-da hakim Qədim Babayevin sədrliyi ilə ədalətli məhkəmə hüququnun pozulması ilə bağlı işlərə baxılacaq.

Hər iki prosesdə Əli İnsanov özü də iştirak edəcək.
XS
SM
MD
LG