Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:20

Azərbaycan ATƏTin PA-da Ermənistanla bağlı məsələ qaldıracaq


Bahar Muradova
Bahar Muradova
ATƏT Parlament Assambleyasının qış sessiyasında ,ermənilərin , ABŞ-ın ştatlarında ,Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıtmaq kampaniyasına başlaması barədə, məsələ qaldırılacaq.

Bunu APA-ya Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri , Bahar Muradova deyib.O bildirib ki, Dağlıq Qarabağ danışıqlarına təkan vermək və buna əngəl ola bilən hərəkətlərə yol verməmək barədə razılıq var və Ermənistanın son addımları, buna ziddir.

Bahar Muradova qeyd edib ki, həmçinin sesiyada , Suriyadakı ermənilərin Azərbaycanın işğal altında olan ərazilərinə köçürülməsinə birdəfəlik son qoyulması tələb olunacaq.
XS
SM
MD
LG