Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:34

Artıq 600-ə yaxın dini qurum qeydiyyatdan keçib


-
Azərbaycanda 2009-cu ildən dini qurumların yenidən dövlət qeydiyyatına alınmasına başlanıb. Bu müddətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 588 dini qurum qeydiyyatdan keçib.

Komitənin yaydığı məlumata görə, ötən 4 ildə ölkədə 567 islam, 21 qeyri-islam (12 xristian, 6 yəhudi, 1 krişna, 2 bəhai) qurum qeydiyyata alınıb.

Bununla da, Azərbaycanda qeyri-islam dini icmalarının sayı 34-ə çatıb.

Hazırda ölkədə (Naxçıvan və işğal olunan ərazilər istisna olmaqla) 1956 məscid, 13 kilsə və 7 sinaqoq var. Bunlardan 135-i Bakının payına düşür.

Ölkədə 748 pir və ziyarətgah var.

Günün bütün mövzuları

XS
SM
MD
LG