Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:27

Neft Şirkətində ixtisarlar [Video]


-


«İşdən sonra» verilişində ARDNŞ-nin İnsan Resursları Departamentinin sədri Asif Bəkirli qurumda aparılan ixtisarlar barədə açıqlama verib:

«Bu proses bundan bir neçə ay əvvəl struktur dəyişiklikləri ilə bağlı başlayıb və indi də davam edir. Konkret nə qədər ixtisar olacaq, deyə bilmərik…

Neft Şirkətində müxtəlif strukturlar var. Bu strukturları ayrı-ayrı rəhbərlər idarə edirlər. Bu rəhbərlər şirkət prezidentinin əmri ilə işə qəbul olunub, həmin şəxslərə bir çox məsələlər etibar olunub. Onların bilik və idarəetmə qabiliyyətləri yüksəkdir. İxtisarlar Əmək Məcəlləsinin maddələrinin tələblərinə uyğun həyata keçirilir. Şirkət prezidenti xəbərdarlıq edib ki, bu ixtisarlar zamanı tanışlıq, qohumluq, yerlibazlıq və başqa nüanslar aşkara çıxarılarsa, həmin struktur rəhbərləri cəzalandırılacaq. İxtisarlar qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməli, işdə saxlanılan şəxslər müəssisənin bu gün həyata keçirdiyi fəaliyyətinə uyğun, daha bacarıqlı şəxslər olmalıdırlar...».

Şərhləri göstər

XS
SM
MD
LG