Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:42

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Tovuzda qəbul keçirib


arxiv foto
arxiv foto
-
Qəbulda Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarından olan 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.

Müraciətlər əsasən aqrar islahatlar zamanı siyahıya almanın yanlış aparılması məsələsinə görədir.

Vətəndaşların bəzisi həyətyanı sahələrin kəndlərlə qonşuluqda yerləşən dövlət meşə fondu torpaqlarına və qış otlağı ərazilərinə düşməsi ilə bağlı onlara şəhadətnamələrin verilməməsi, bir qismi torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən müəyyən texniki qüsurlara yol verildiyi, qonşu torpaq mülkiyyətçiləri arasında yaranan torpaq-sərhəd mübahisələri, eləcə də həyətyanı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı mövcud problemlər barədə müraciətlər ediblər.
XS
SM
MD
LG