Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:40

Gədəbəydə yeni qızıl ehtiyatı aşkarlanıb


Gədəbəydə qızıl emalı
Gədəbəydə qızıl emalı
-
Yeni qızıl sahəsi hazırda işlənilən mərkəzi yatağın şimalında 3 min metr dərinlikdə aparılan qazıntı zamanı aşkarlanıb.

Bu barədə Gədəbəydə qızıl yataqlarının işlənməsi və hasilatı aparan «Anglo-Asian Mining» şirkəti məlumat yayıb.

Məlumatda deyilir ki, yeni aşkarlanan qızıl yatağında nə qədər qızıl ehtiyatının olması məlum deyil. 2014-cü ildə yatağın tam həcmi müəyyənləşdiriləcək.

Azərbaycanın adından London Fond Birjasında səhmlərini yerləşdirən yeganə şirkət «Anglo-Asian Mining»dir. Bu şirkət Britaniyanın Vircin adalarında qeydiyyatdan keçib.
XS
SM
MD
LG