Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:59

Gədəbəydə yüksək əyyarlı qızıl ehtiyatı aşkarlanıb


-
Yeni qızıl sahəsi hazırda işlənilən yatağın şimalında 3 min metr dərinlikdə aparılan qazıntı zamanı aşkarlanıb.

Bu barədə Gədəbəydə qızıl yataqlarının işlənməsi və hasilatı aparan "Anglo-Asian Mining" şirkəti məlumat yayıb.

Məlumatda deyilir ki, yeni aşkarlanan qızıl yatağında nə qədər qızıl ehtiyatının olması məlum deyil. 2014-cü ildə yatağın tam həcmi müəyyənləşdiriləcək.

Azərbaycanın adından London Fond Birjasında səhmlərini yerləşdirən yeganə şikrət "Anglo-Asian Mining"dir. Bu şirkət Britaniyanın Vircin adalarında qeydiyyatdan keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG