Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:55
-
Saxlanan şəxsə – 25 yaşlı Vəfadar Məmmədova rəsmi ittiham irəli sürülməyib.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisi Aftandil Məmmədov məlumat verib. O, saxlanan şəxsin öz əmisi oğlu olduğunu da bildirir:

“Onunla birgə əmim Qeybulla Məmmədovun bu gün Quba rayon məhkəməsində keçiriləcək prosesinə gedirdik. Mülki geyimdə olan bir neçə nəfər məni kənara itələyərək əmimoğlu Vəfadarı zorla qara rəngli maşına basıb apardılar. Dəfələrlə niyə həbs olunduğunu soruşsam da, heç bir söz deməyib ərazidən uzaqlaşdılar. Bir gün əvvəl gecəyarısı əmimin o biri oğlunu – Vəfanur Məmmədovu evlərindən aparıblar. Onları ittiham edirlər ki, guya evlərindən silah-sursat çıxıb. Hamısı yalan söhbətlərdir və bu adamların evlərinə bir kisə un almağa da pulları yoxdur”.

Aftandil Məmmədovun sözlərinə görə, bir gün öncə mülkigeyimlilərin apardıqları əmisi oğlu hazırda Bakıda Milli Təhlükəsizlik Nazirliyində saxlanır:

“Əmim oğluna nazirlik tərəfindən artıq vəkil də təyin edilib. Vəkil yanvarın 8-də mənə zəng etmişdi. Əmioğlumun MTN-də saxlanıldığını bildirdi və dedi ki, ona pal-paltar gətirmək lazımdır”.

Vəkil Eyyub Ələkbərov AzadlıqRadiosuna Vəfanur Məmmədovun MTN-də saxlandığını təsdiqləyib, ancaq müdafiəsinə yeni cəlb olunduğu şəxslə hələ görüşə bilmədiyini deyib:

“Hələ onunla görüşə bilməmişəm. Hələ ittiham da irəli sürülməyib”.

Yanvarın 8-də Qubada daha bir neçə nəfərin saxlandığı bildirilsə də, rəsmi qurumlar, hələ ki, bu məlumatları təsdiqləməyib. Sosial şəbəkələrdə həbslərin radikal dini qruplarla bağlı aparıldığı və saxlanan şəxslərin, ola bilsin, məhkəməsi gedən Qeybulla Məmmədovu qaçırmağı planlaşdırdığı yazılır.



Saxlanan qardaşların yaşadığı ev


​Saxlanan qardaşların anası Rəhimə deyir ki, silahı burdan çıxarıblar

Şərhləri göstər

XS
SM
MD
LG