Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:23

XİN Suriyada öldürülən mücahidlərin kimliyini araşdırır


-
Ötən həftə sosial şəbəkələrdə Suriya hakimiyyətinə qaşrı döyüşlərdə həlak olan 4 nəfərin fotosu yayılıb. Onların azərbaycanlı olduğu iddia edilir. Suriyada vəziyyət gərginləşəndən sonra azərbaycanlıların da hakimiyyət əlehdarlarına qaşrı qruplaşmalara qoşulduğu və 100-ə yaxın azərbaycanlının öldüyü bildirilir.

Suriyadakı Azərbaycan səfirliyi öz fəaliyyətini dayandırıb. Səfirlik Livanın paytaxına köçürülüb. Azərbaycanın Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyir ki, Surayidə səfirlik olmasa da ordakı hadisələr yaxından izlənir. Elman Abdullayevin sözlərinə görə, Suriyada öldürülən mühacidələrin kimlikləri araşdırılır:

“Öldürülən mücahidlərin Azərbaycan vətəndaşları olduqları müəyyənləşərsə, bundan sonra araşdırılmalıdır ki, onlar Suriyaya hansı yollarla və hansı vasitələrlə gediblər.
Suriyada heç bir diplomatik nümayəndəlik fəaliyyət göstərmir deyə, öldürülən mücahidələrin kimliklərini aydınlaşdırmaq çətindir. Lakin bu əngəllərə baxmayaraq biz araşdırmalarımızı davam etdiririk”.

Azərbaycan Xarici İşlər Nazirliyi 2011-ci ildən Suriyaya səfər etməməklə bağlı xəbərdarlıq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG