Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:09

“Quş qripi” ilə bağlı növbəti monitorinq keçiriləcək


-
“Quş qripi” xəstəliyinin Azərbaycana köçəri quşlarla keçməsi ehtimalını nəzərə alan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) respublika ərazisində müntəzəm monitorinqlər apardığını açıqlayıb.

Məlumatı AzərTAc yayıb.

Bildirilir ki, quşların miqrasiyası əsas götürülərək, növbəti monitorinqə 2014-cü il yanvarın 27-də başlanacaq.

Xidmətdən o da bildirilir ki, hazırda ölkədə “Quş qripi” və digər yoluxucu xəstəliklərlə bağlı epizootik vəziyyət sabitdir.
XS
SM
MD
LG