Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:18
Yaxın vaxtlarda Tbilisidə “Bakı-Tbilisi-Qars” dəmiryolu layihəsi Gürcü-Azərbaycan koordinasiya şurasının növbəti iclası keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyində keçirilən görüşdə bildirilib.Görüşdə 2013-cü ildə tikintinin gedişi ilə bağlı hesabat dinlənilib, yeni ildə layihənin həyata keçirilməsi üzrə görüləcək işlər müzakirə olunub.

Hazırda tikinti işləri 4 mərhələdə həyata keçirilir və BTQ-nin Gürcüstan hissəsində ümumi işin 31%-i görülüb. Layihəyə görə, Gürcüstan ərazisindəki 153 kilometrlik “Marabda-Kartsaxi” dəmiryolu yenidən qurulacaq və Axalkalakidən Türkiyəyə qədər 27 kilometrlik dəmiryolu çəkiləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG