Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:34

Nazim Süleymanov «Neftçi»dən istefa verdi


-
Yanvarın 8-də “Neftçi” futbol klubunun baş məşqçisi Nazim Süleymanov baş məşqçilikdən istefa verdiyini açıqlayıb. Klub prezidenti Sadıq Sadıqov istefanı qəbul edib.

Bu barədə klubun saytında məlumat verilib.

Klubun saytına açıqlamasında Nazim Süleymanov bunları deyib:

“Neftçi” son üç mövsümün çempionudur və hədəf yenə birincilikdir. Mən isə hazırki şəraitdə komandanı çempion edəcəyimi düşünmürəm. Ona görə də bu gün istefa ərizəmi klub prezidentinə təqdim etdim. “Neftçi”də çalışdığım müddətdə işimə heç kim tərəfindən müdaxilə olmayıb və qısa müddətdə birgə işlədiyim bütün kollektivə təşəkkür edirəm. Klub prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirirəm ki, mənim qərarımı anlayışla qarşıladı. Mənim üçün hər zaman doğma olan “Neftçi”yə gələcək oyunlarda uğurlar arzu edirəm”.

Komandanın məşq prosesinə rəhbərlik fiziki hazırlıq üzrə məşqçi Ruben Sellesə tapşırılıb.
XS
SM
MD
LG