Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:09

Milli Şura: tamammı, davammı? [Video]


-


Milli Şuranın sədri Cəmil Həsənli AzadlıqRadiosunun «İşdən sonra» proqramında Müsavat Partiyasının qurumdan çıxmasından və Milli Şuranın fəaliyyətinə davam edib-etməyəcəyindən danışıb:

«Müsavat Partiyası Milli Şuraya öz qərarıyla daxil olmuşdu, öz qərarıyla da çıxdı. Milli Şura demokratik qurumdur və heç bir partiyanı, heç bir şəxsi öz sıralarında məcburi saxlamır.

Seçkidən sonra Müsavatı bir çox məsələ narahat edirdi. Biz bu məsələlərin əksəriyyətini həll etdik. Partiya Rüstəm İbrahimbəyovun həmsədrliyini istəmirdi. Onun da özü istefa etdi... Milli Şuranın hədəflərinin bilinməməsi iradını qəbul etmirik. Şura yaranarkən qəbul edilən memorandumda da, siyasi bəyannamədə də hədəflər göstərilib. Bu sənədlər də səsverməylə qəbul edilib. Effektiv idarəçiliyə gəlincə, bunu hər birimiz istəyirik. Seçkidən sonra sədr postunda dəyişiklik edildi. Mən əvvəlcə sıravi üzv olduğumdan səlahiyyətim də az idi. Sədr seçildikdən sonra təşkilati məsələlərlə məşğul oldum. Strukturu elə qurmaq lazım idi ki, bütün partiyalar eyni dərəcədə təmsil olunsunlar. Biz sədr aparatını müəyyənləşdirdik, amma struktur hələ tamamlanmamışdı. Sonrakı mərhələdə təkmilləşdirilməli və genişlənməli idi».

«MİLLİ ŞURANIN SAXLANMASININ TƏRƏFDARLARI ÇOXDUR»

«Milli Şuranın fəaliyyətinin davam edib-etməyəcəyinə gəlincə, bu istiqamətdə müzakirələr davam edir və dəqiq bir qərara gələcəyik. Təbii ki, Milli Şuranın davam etməyinin tərəfdarları çoxdur. Milli Şuranın saxlanmasında, gücləndirilməsində, Azərbaycan cəmiyyətindəki proseslərə təkan verən bir quruma çevrilməsində israr edənlər var…».

Şərhləri göstər

XS
SM
MD
LG