Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:12

Antarktidada Rusiya gəmisi buz sahəsindən çıxarılıb


-
Antarktidada buza ilişmiş Rusiyanın “Akademic Shokalsky” elmi-tədqiqat gəmisi buz sahəsindən çıxıb. Hazırda gəminin Yeni Zelandiyanın Blaff limanına istiqamət götürdüyü bildirilir.

Gəmi kapitanının İTAR TASS-a verdiyi məlumatına görə, ekipaj üzvləri sağlamdır, gəmi üçün hər hansı təhlükə yoxdur.

Rusiya gəmisini xilas etməyə gedərkən buza ilişən Çinin buzqıran gəmisi də buzlu sahədən çıxaraq geri gəldiyi limana doğru hərəkət etməkdədir.

Rusiyanın Akademic Shokalskiy (“Академик Шокальский”) gəmisi dekabrın 24-də Antarktidada qalın buz qatına ilişib.

Gəmidə olan 52 nəfərlik Avstraliya-Yeni Zelandiya ekspedisiya qrupu yanvarın 2-də vertolyotla evakuasiya olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG