Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:27

Misirin devrilmiş prezidentinin məhkəməsi davam edəcək


-
Misirin devrilmiş prezidenti Mohamed Morsinin məhkəməsi yanvarın 8-də davam edəcək.

O, “Müsəlman qardaşları” hərəkatının 14 üzvü ilə birlikdə 2012-ci ildə etiraz aksiyaları keçirən müxalifətçiləri öldürməkdə ittiham olunur.

Müttəhimləri ömürlük həbs cəzası gözləyir.

Morsi 30 illik Hosni Mubarak hakimiyyətinin devrilməsindən sonra 2012-ci ilin iyulunda ölkə prezidenti seçilib.

2013-cü ilin yayında Misirdə baş verən kütləvi etirazlardan sonra hərbçilər Morsini deviriblər və sonra o həbs olunub.

Morsi və onun tərəfdarları üzərində məhkəmə prosesi ötən ilin noyabrında başlayıb.
XS
SM
MD
LG