Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:22
-
“Yeni Müsavat” qəzeti yazır ki, “Müsavat təkbaşına iqtidar yürüşünə start verdi...”

“Müsavat AXCP-ni və onun Milli Şurasını öz nifrət və aqressiyası, söyüş və təhdidi ilə baş-başa buraxdı. Artıq Azərbaycan siyasətində 7 yanvardan sonra yeni dönəm başlayır. Bu, Müsavat Partiyasının təkbaşına iqtidara yürümə dönəmidir. Hansısa məsafədə ona hər kəs, xalq da daxil olmaqla, qoşula biləcək. Lakin artıq bir məsələ aydındır: bu yürüşdə bir də heç zaman Müsavatın yanında AXCP olmayacaq!”

“BUNA AĞRIYAN DİŞİN ÇƏKİLMƏSİ KİMİ BAXMAQ LAZIMDIR”

“Milli Şura avtoritarizmdən demokratiyaya keçidi ehtiva edirsə, Müsavat Partiyası bu keçidin baş verməməsi üçün əlindən gələni etdi. Ancaq bundan narahat olmaq lazım deyil. Bunu ağrıyan dişin çəkilməsi kimi qiymətləndirmək lazımdır və əsas olan sonrakı rahatlıqdır.

“Azadlıq” qəzetinə müsahibəsində bunu Şura üzvü Eldəniz Quliyev deyib.

Eldəniz Quliyev

Eldəniz Quliyev

Qəzet Milli Şuranın təsis bəyannaməsinə toxunaraq Müsavat partiyasının Şuradan getməsini bu qurumun missiyasın başa vurması ilə bağlamasını doğru saymır.

“Çünki məlum bəyannamədə yazılır: Azərbaycanda avtoritetizmdən demokratiyaya dinc keçidi seçkilər vasitəsilə təmin etmək, demokratiyaya keçidi dövründə birgə səylərlə ölkəmizdə sabitliyi qoruyub saxlamaq, hüququn aliliyinin insan və hüquq azadlıqlarının təmininin və xalqımızın davamlı və hərtərəfli inkişafının əsaslarını yaratmaq və s. Göründüyü kimi sadalanan halların heç biri hələki həyata keçirilməyib və Milli Şuranın əsas missiyası qarşıdadır”.

“TƏK İSTƏYİM ZAURUN ÖLÜMÜNƏ BAİS OLANLARIN CƏZALANDIRILMASIDIR”

“Mən oğlumu itirmişəm, pul onu geri qaytarmayacaq. Verilən pul da Zaurun çayxanası üçün kompensasiyadır. Həmin çayxana dağıdılmasaydı, Zaur indi həyatda idi. İndi hər gün müxtəlif insanlardan zəng gəlir, Zaurun borclu olduğunu bildirirlər. Bütün borclarını ödəyirəm. Tək istəyim Zaurun ölümünə bais olanların cəzalandırılmasıdır”.

Zaur Həsənovun dəfn mərasimi

Zaur Həsənovun dəfn mərasimi

Bunu “Bizim Yol”a müsahibəsində ötən ilin dekabrın 25-də Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında özünü yandırmaqla intihar edən Qarabağ müharibəsi əlili Zaur Həsənovun atası Həsən Həsənov deyib.

Zaur Həsənov intihar etməzdən əvvəl ona məxsus iaşə obyektinin Konfederasiya sədri Səttar Mehbalıyev tərəfindən əlindən alındığını bildirib.

Zaur Həsənovun ölümündən sonra Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyası “II qrup Qarabağ əlili Zaur Həsənovun ailə üzvlərini himayəyə götürülməsi haqqında” qərar qəbul edib. Qərarda onun övladlarına yetkinlik yaşına çatanadək Konfederasiya tərəfindən 300 manat aylıq yardım veriləcək, sökülmüş obyektinə görə dəymiş ziyanı ödəmək üçün 100 min manat ödəniləcək”.

“MƏN MÜSAVATA UĞUR DİLƏYİRƏM...”

“Mən Müsavat Partiyasına uğur diləyirəm, qalan məsələlərlə bağlı isə yığışıb qərar verəcəyik”. Bunu “Trend”ə müsahibəsində Milli Şura sədri Cəmil Həsnli deyib.

“Mən Milli Şuranın adından qərar verə bilmərəm. Milli Şuranın bu günlərdə keçiriləcək yığıncağında bütün məsələlərə aydınlıq gətiriləcək”.

“BUNLAR AXIRDA DEYƏCƏKƏR Kİ, “MİLLİ ŞURA”NI ELƏ İQTİDAR ÖZÜ YARADIB”

“Müsavat” “Milli Şura”dan pul bölgüsünə görə ayrıldı”.

Siyavuş Novruzov

Siyavuş Novruzov

Bunu APA-ya müsahibəsində hakim Yeni Azərbaycan partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib.

“Onlar o vaxt da hakimiyyətə belə gəlib, sonra da parçalanma yaradıb, xalqı ağır vəziyyətə saldılar. Axırda Heydər Əliyev gəlib xalqı xilas etdi... Bunlar axırda deyəcəkər ki, “Milli Şura”nı elə iqtidar özü yaradıb. Bunlar özlərində günah görməyəcək...”.

“AZƏRBAYCANIN İQTİSADİ REYTİNQİ POZİTİVDİR”

“Yeni Azərbaycan” qəzeti yazır ki, Seçkilərin nəticəsi Azərbaycanın demokratik dəyərlərə sadiq olduğunu göstərdi.

“Seçkilərin azad, şəffaf və ədalətli keçirilməsi ölkəmizdəki siyasi sistemin demokratik dəyərlərə əsaslandığını nümayiş etdirdi”.

Qəzet Azərbaycanın beynəlxalq iqtisadi reytinqinin də pozitiv olduğunu qeyd edir.

“Şübhəsiz, bu gün Azərbaycan bütün beynəlxalq hesabatlarda öncül mövqelərdə dayanır”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG