Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:19

Bağlı qapı arxasında qalan 4 nəfər xilas edilib


-
Yanvarın 8-i gecə saatlarında bağlı qapı arxasında köməksiz qalan 4 nəfər xilas edilib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xilas edilənlərdən ikisi azyaşlı, digər iki nəfər yaşlı adamlar olub.

İki azyaşlı Sumqayıt şəhərində xilas edilib. Xilasedicilər beşmərtəbəli binanın 2-ci mərtəbəsindəki mənzilə eyvandan daxil olublar. Həmin vaxt hər iki azyaşlı yatıbmış. Əməliyyat saat 03:32-də başa çatıb.

Bakının Sabunçu rayonunda qapı döyülməsi və telefon zənglərinə cavab verməyən 1 kişi də xilas edilib. Qapını xüsusi avadanlıqla açıb içəri girən xilasedicilər onu da yatmış vəziyyətdə aşkarlayıblar.

Digər bir hadisə Nəsimi rayonunda qeydə alınıb. Bu dəfə xilas edilən 63 yaşlı qadın olub. Döşəmədə yıxılmış vəziyyətdə aşkarlanan qadını xilasedicilər hadisə yerinə çağırılmış təcili yardım həkimlərinə təhvil veriliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG