Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:11

Kimyəvi silahlar Suriyadan çıxarılır


-
Kimyəvi silahların qadağan olunması üzrə təşkilat Suriyandan ilk partiya kimyəvi silah komponentlərinin çıxarıldığını açıqlayıb.

Təşkilatın məlumatına görə, ölkənin iki şəhərindən yüklənən kimyəvi silahlar Lakatiya limanında Danimarkaya məxsus gəmiyə yüklənib. Qrafikə görə kimyəvi silahlar Lakatiya limanına ötən il dekabrın 31-ə qədər çatdırılmalı idi. Ölkədə gedən hərbi əməliyyatlar bu daşınmanı bir qədər gecikdirib.

Kimyəvi silahların yükləndiyi gəmini Danimarka və Norveç gəmiləri müşayət edir.

Kimyəvi silahların Suriyadan çıxarılması məsələsi ötən ilin avqustunda Dəməşq yaxınlığında baş verən yüzlərlə insan ölümündən sonra gündəmə gəlib. Qərb ölkələri hesab edir ki, kimyəvi silah hücumunu ancaq hökumət qoşunları təşkil edə bilər.

Suriya prezidenti kimyəvi silahdan istifadənin məsuliyyətini hökumətə qarşı vuruşan qiyamçıların üzərinə atır.

ABŞ-la Rusiya arasında əldə olunan razılaşmadan sonra Suriyadan kimyəvi silahların çıxarılması razılığına gəlinib.

Günün bütün mövzuları

XS
SM
MD
LG