Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:09

İlham Əliyev: «Həkimlərin peşəkarlığı yaradılan şəraitə uyğun olmalıdır»


 İlham Əliyev Bakıda Sağlamlıq Mərkəzinin açılışında
İlham Əliyev Bakıda Sağlamlıq Mərkəzinin açılışında
-
“2014-cü ildə səhiyyə sahəsi, ümumiyyətlə, sosial sahə prioritet olaraq qalacaq”.

Bunu prezident İlham Əliyev yanvarın 7-də Bakıda Sağlamlıq Mərkəzinin açılışında deyib.

“Belə mərkəzlərin yaradılması Azərbaycanda sosial sahəyə göstərilən diqqətin əlamətidir. Bu sahə 2014-cü ildə də prioritet olaraq qalacaqdır. Çünki Azərbaycanın artan iqtisadi inkişafı, iqtisadi potensialı imkan verir ki, sosial sahəyə diqqət daha da böyük olsun”.

Prezident səhiyyə sahəsində aparılan islahatların statistik göstəricilərdə də öz əksini tapdığını, ana və uşaq ölümünün kəskin dərəcədə aşağı düşdüyünü deyib. Dövlət başçısı iqtisadi böhranın davam etdiyi bir vaxtda belə böyük xəstəxanaların tikintisinin dünyada çox nadir hallarda mümkün olduğunu deyib.

“Ancaq belə mərkəzlər Azərbaycanda tikilir və tikiləcəkdir”.

İlham Əliyev deyib ki, həkimlərin peşəkarlığı da yaradılan şəraitə uyğun olmalıdır.

“Səhiyyə sisteminin əsas göstəricisi həkimlərin peşəkarlığıdır. Hesab edirəm ki, bu istiqamətdə hələ görüləsi işlər çoxdur. Həm təhsillə, həm həkimlərin təkmilləşdirilməsi ilə bağlı hələ görüləsi işlər çoxdur. Ümid edirəm ki, bizim bütün həkimlərimiz dünyada bu gün səhiyyə sahəsində gedən yenilikləri izləyəcəklər. Azərbaycanda ən mütərəqqi metodlar tətbiq ediləcəkdir. Bax, peşəkarlıq da bu şəraitə uyğun olmalıdır. Belə olan halda hesab edirəm ki, Azərbaycanda səhiyyə sahəsində arzu etdiyimiz nəticə əldə olunacaq” - deyə prezident bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG