Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:58

Vəkil Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında saxlanan gənc fəallarla görüşüb


Elçin Sadıqov

Elçin Sadıqov

Vəkil Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında , Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, NİDA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı, bloger Əbdül Əbilov və P.S. Nota qəzetinin baş redaktoru Sərdar Əlibəyli ilə görüşüb.

Bu barədə Turana onun özü məlumat verib.Elçin Sadıqov onların səhhətinin normal olduğunu və onların ittihamları rədd etdiklərini bildirib.
“Görüşdüyüm şəxslərin hamısı həbsinin sifarişli olduğunu bildirdi. Onların heç biri ittihamları qəbul etmir”.

Vəkilin sözlərinə görə, noyabrın 8-də Bakı Apellyasiya Məhkəməsində Sərdar Əlibəylinin Xətai rayon Məhkəməsinin 13 noyabr 2012-ci il tarixli qərarından şikayətinə baxılacaq.

Elçin Sadıqov Anar Məmmədlinin qanunsuz həbsi, girov müqabilində, ev dustaqlığına buraxılmaması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə yaxın günlərdə şikayət göndərəcəyini də bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG