Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:16

10 yaşlı qız onu intiharçı hücuma ailəsinin məcbur etdiyini deyir [Video]


-

Əfqanıstanın hüquq-mühafizə orqanları öz bacısını intiharçı kəməri geyib terror aktı törətməyə məcbur etdiyi deyilən talibançını axtarırlar.

10 yaşlı qızı Helmand vilayətində polis saxlayıb.

Vilayət qubernatorunun sözçüsü Omar Zuwak Azadlıq Radiosunun Əfqanıstan xidmətinə deyib ki, qızın qardaşı Taliban komandirlərindəndir:

"Biz indi məsələni dərindən araşdırırıq. Qızın ailə üzvlərini və rəfiqələrini çağırıb dindiririk ki, onun partlayış törətməyə necə vadar edildiyinin səbəbini aydınlaşdıraq”.

QARDAŞ, ATA, ANALIQ...

Spozhmay adlı həmin qız bazar ertəsi jurnalistlərə deyib ki, onu intiharçı kəməri geyib bomba hücumunu törətməyə qardaşı və onun dostu razı salıblar, amma o terror aktını icra edə bilməyib:

"Qardaşım Zahir və dostu Jabar məni intiharçı kəmərini geyməyə məcbur etdilər. Onlar mənə əlavə qara paltar da verdilər ki, çayı keçəndən sonra əynimə geyinim. Onlar məni gecə vaxtı çayın sahilinə gətirdilər. Amma mən suyun soyuq olduğunu bilən kimi qışqırıb suya girə bilməyəcəyimi dedim. Ailə üzvlərimin hamısı bu barədə bilirdi. Onlar məni evə qaytarıb kəməri əynimdən çıxardılar”.
Sphozmay polis əməkdaşının yanında, 6 yanvar, 2014

Sphozmay polis əməkdaşının yanında, 6 yanvar, 2014


Spozhmay deyib ki, atası onu döyəndən, bundan sonra o, evdən qaçıb gecəni küçədə keçirəndən sonra polisə təslim olub.

Qız analığı ilə münasibətinin də pis olmasından danışıb.

HEÇ BİR DİN...

Helmand vilayətinin mərkəzi olan Lashkar Gah-dakı polis rəisi Sediqi deyir ki, uşaqıardan bu cür istifadə faciədir, əslində heç bir din insanları bu cür hərəkətlərə sövq etmir”.

Əfqanıstanda adətən oğlan uşaqları intiharçı hücumlara cəlb edilir, qızların bu işə cəlb edilməsi nadir haldır.

Ekspertlər hökumətə qarşı döyüşən yaraqlıların uşaqlardan istifadə etməsini uşaqların təhlükəsizliyi qorunan ərazilərə şübhə doğurmadan girə bilməsi ilə izah edirlər.

Taliban isə bildirir ki, onların nizamnaməsi uşaqlardan intiharçı hücumlarda istifadəni qadağan edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG