Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:06
-
ABŞ Dövlət katibi John Kerry «Şahdəniz» qaz layihəsi ilə bağlı yekun investisiya razılaşmasına görə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

«Cənab Prezident, «Şahdəniz» qaz hasilatı layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı ilə bağlı sizi və Azərbaycan xalqını təbrik edirəm.
17 dekabr yekun investisiya qərarı Azərbaycan tarixində mühüm mərhələdir. Azərbaycan Avropa ilə birləşmək istiqamətində ilk addım atmaqla, dünyada enerji resurslarının etibarlı yeni mənbəyinə çevrilir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yardım edir.

Uzun illərin gərgin əməyi nəticəsində «Cənub» Qaz Dəhlizinin reallaşması konsorsiumun çoxsaylı tərəfdaşları və qonşuları üçün faydalı olmaqla yanaşı, həm də Azərbaycanın müstəqilliyini gücləndirəcəkdir.

Azərbaycanın gələcəyə baxışı reallaşdıqca ABŞ hökuməti adından sizə davamlı dəstəyimizi vəd edirəm.

Səmimiyyətlə, John Kerry».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG