Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:59

Azərbaycanlı fəalın həbs müddəti daha 10 gün uzadılıb


-
İranda iki həftə əvvəl tutulan azərbaycanlı fəal Hüseyn Əlizadənin həbs müddəti daha 10 sutka uzadılıb.

«Media forum» saytının məlumatına görə, Hüseyn Əlizadəyə ailəsi ilə görüş verilməyib və onlara yalnız bir neçə saniyəlik telefonda danışmağa imkan yaradılıb.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin təcridxanasında saxlanan azərbaycanlı fəalın dindirilərkən psixi və fiziki təzyiqlərə məruz qoyulduğu bildirilir.

ETTELAAT-ın Təbriz şöbəsindən fəalın ailəsinə bildiriblər ki, Hüseyn Əlizadənin dindirilməsi davam etdirildiyi üçün onun müvəqqəti həbsi daha 10 sutka uzadılıb.

Hüseyn Əlizadə 2013-cü il dekabrın 24-də iş yerində tutulub. Hüseyn Əlizadənin konkret nədə günahlandırıldığı bilinməsə də, onun həbsi 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulan Azərbaycan Milli Hökumətinin (21 Azər hərəkatı) 68-ci ildönümü mərasimlərində fəal iştirakı ilə əlaqələndirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG