Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:12
-
“77 yaşım var. Bu çağımda rahatlıq tapa bilmirəm. Həyətimə gələn 35 illik yolu qonşum zəbt edib. Başıma gələnlərdən bir daha əmin oldum ki, kimin pulu çoxdursa, yol da onundur”.

“Qaynar xətt”ə İmişlinin Qulubəyli kəndindən Mürşüd Qurbanov danışır. O, uzun illər istifadəsində olan yolun qonşusu tərəfindən zəbt edildiyini iddia edir.

“ZƏBT ETDİYİ SAHƏNİ ÖZ ƏMLAKINA QATIB”

“Qonşum Xalıq Ocaqov yolumu bağlatdırıb, zəbt etdiyi sahəni öz əmlakına qatıb. Buna görə aramızda mübahisə yaranıb. 3 il əvvəl məni məhkəməyə verib qanunsuz hərəkətinə məhkəmə qətnaməsi ilə qanuni don geydirdi”.

Xalıq Orucov birinci məhkəmədə bildirib ki, mübahisəli torpaq sahəsi ona məxsus olub, Mürşüd Qurbanov tərəfindən zəbt edilib. Məhkəmə də onun iddiasını təmin edib.

Mürşüd Qurnabov:

Mən də boş dayanmadım, məhkəmə qətnaməsindən apellyasiya şikayəti verdim. Şirvan apellyasiya məhkəməsi İmişli məhkəməsinin qətnaməsini ləğv etdi, mənim xeyrimə çıxardığı qətnaməsi ilə yolun mənə məxsus olduğunu təsdiqlədi”.

EYNİ İDDİA İLƏ YENƏ MƏHKƏMƏ?

Ancaq indi Mürşüd Məmmədovu narahat edən başqa məsələdir. Deyir, apellyasiya məhkəməsinin qətnaməsi qüvvəyə minib. İndi qonşu məhkəmədə eyni mübahisəyə görə yenə iddia qaldırıb:

“Bu dəfə Şirvan İnzibati-İqtisad Məhkəməsində iddia qaldırıb. Qanuni qüvvəyə minmiş Qətnaməyə 2 ildən sonra yenidən baxıla bilməz. Bu nə dərəcədə qanunidir? Əgər bu dəfə məhkəmə başqa qərar çıxarsa, bəs mənim xeyrimə olan və qanuni qüvvəyə minmiş qətnaməm necə olacaq?”

Şirvan İnzibati-İqtisad Məhkəməsindən “Qaynar xətt”ə bildiriblər ki, İmişlinin Qulubəyli kənd sakini Xalıq Orucovun iddiası hakim Zaur Allahyarovun icraatındadır. Məhkəmə iclası yanvarın 15-nə təyin olunub. Əgər iddianın qəbul edilməməsi üçün əsas olsaydı, hakim iddianı geri qaytarardı. Əgər baxılacaqsa, deməli buna əsas var. Çünki bu dəfə iddia şəxsən Mürşüd Qurbanova qarşı yox, dövlət qurumlarına qarşı qaldırılıb. Məhkəmədən Mürşüd Qurbanova məhkəmənin nəticəsini gözləməyi məsləhət görülür.

Xalıq Orucovun iddiasına yanvarın 15-də baxılacaq. Hüquqşünas Namizəd Səfərov deyir, əvvəllər barəsində məhkəmə qətnaməsi çıxmış iddianı məhkəmədə bir halda yenidən mübahisələndirmək mümkündür ki, ortaya yeni detallar çıxsın.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG