Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:47
-

Ayxan Ayvaz


MURAD KÖHNƏQALA TÜRBƏSİ


Mənim üçün iki Murad var: birincisi, hamımızın ədəbiyyatdan tanıdığımız Murad Köhnəqala, bir də Murad əmi. İkisinin arasında elə də ciddi bir fərq yoxdur. Murad şair pozası alanlardan deyil, o həyata ironiya ilə yanaşmağı bacaran bir insandır.

Murad Köhnəqala ədəbiyyatımızda həm də bir obrazdır. Bir neçə il əvvəl Şərif Ağayar mənə Muradın lətifələrini yazmağımı istəmişdi. Mən də bildiklərimi kağıza köçürmüşdüm. Bu lətifələrdə Muradın şair tipi ortaya çıxır. Hüseyn Arifin, Əliağa Vahidin lətifələrindəki kimi indi sizin diqqətinizə çatdıracağım bir əhvalat Murad Köhnəqalanın bütöv görünüşü verməyə yardımçı olacaq. Beləliklə buyurun, oxuyun:

***

Azərbaycana hansısa bir ölkədən qonaqlar gəlir və o, qonaqlarla bir masada bizim gənc yazarımız Mövlud Mövlud da varmış.

Qonaqlar Nizamidən, Füzulidən və Şərqin digər böyük şairlərindən ağız dolusu danışır, onların şeirlərini oxuyub feyziyab olurlarmış.

Axırda Mövlud Mövlud söz istəyib:

- Əfəndim, - deyib – olarmı sizə bir şeir deyim?

Qonaqlar bir ağızdan “hə” deyəndə Mövlud Murad Köhnəqalanın bir gəraylısını oxuyub. Gənc yazar daha şeiri bitirməmiş qonaqlardan biri bunun müəllifi kimdi deyə soruşmuş və heyrətini gizləyə bilməmişdir.

Mövlud şeirin müəllifinin Murad Köhnəqalaya məxsus olduğunu demiş və əlavə edibmiş ki, Azərbaycanın XVII əsr şairlərindən ən böyüyüdür.

Qonaqlar:

- Nə olar, onun türbəsinə gedək... - deyiblər.

Mövlud yalanı faş olmasın deyə bildirib ki, onun türbəsi burdan çox uzaqdadır və ora ziyarət etməyə icazə verilmir.

Qonaqlardan biri içini çəkib:

- Heyif, o, XVII əsrin böyük şairinin türbəsini görsək içimiz rahat olardı. O, çox böyük şair imiş, amma təəssüf ki, biz onun adını eşitməmişdik.

***

Murad Köhnəqala isə İsveçə mühacirətə gedib, hələ də ondan bir səs-soraq yoxdur. Necə deyərlər, Vətən onu öz türbəsindən qovdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG