Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:36

«Bu, İsa Qəmbərin və Əli Kərimlinin böyük faciəsidir»


arxiv foto
arxiv foto
-
“Bizim yol” qəzeti 7 yanvar sayında Vətəndaş Cəmiyyəti Uğrunda Seçki Məsləhət Mərkəzinin rəhbəri, tarix elmlər doktoru Eldar İsmayılovla müsahibə yayımlayıb.

“Bu, İsa Qəmbərin və Əli Kərimlinin böyük faciəsidir” sərlövhəli yazıda Eldar İsmayılov Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin digərləri arasında fərqləndiyini deyir:

“Təsəvvür edin ki, 9 nəfərdən biri prezident olaydı, bu, Azərbaycan üçün fəlakət olardı. Təəssüf ki, seçkilər təyin olunsa da, seçmək üçün adam olmadığı aydınlaşdı. Yəni seçkilərə can atan bir nəfər hakimiyyətdən idi - o da İlham Əliyev, qalanları guya müxalifətçiydi. Eyni zamanda, müxalifətdəkilər əvvəl məsuliyyəti 75 yaşlı Rüstəm İbrahimbəyovun üzərinə qoymağa çalışdılar. Sonra öz aralarında razılığa gələ bilməyəndə, Cəmil müəllimi önə verdilər. Bu, İsa Qəmbərin və Əli Kərimlinin böyük faciəsidir. Yəni onların heç nəyə qadir olmamasının nəticəsidir. Həm də intellekt, savad və cəsarət baxımından yaramırlar. Daha başqa faktorlar qaldı? Bütövlükdə bu adamlar hakimiyyətə layiq deyillər!”

“TƏZƏ İLİN KÖHNƏ DƏRDİ”

“Yeni Müsavat” qəzetinin bu günkü sayında “Təzə ilin köhnə dərdi” adı ilə çap edilən yazıda ölkədə “ağ adamlar” “qara adamlar” arasında uçurumun dərinləşdiyindən danışılır.

Müəllif Mahal İsmayıloğlu yazır:

“...təzə ilin təzə günlərində isə bəlli oldu ki, dövlət başçısı Qəbələdə istirahət edir... Dərhal “ağ adamlar” “qaralara” göz dağı olsun deyə Şahdağa axışdılar. Qusardan Olimpiya Komleksinə uzanan maşın karvanı da, oradakı hotellərdəki qiymətlər də, bir günlük istirahət xərcləri də bu ölkədə yaşayanların iki rəngə, iki növə bölündüyünə sübut idi. Lap hakimiyyətin minnət kimi boynumuza qoyduğu, əslində isə əhalinin əksəriyyətinin xəyal etdiyi 415 manatlıq orta aylıq əmək haqqı Şahdağda bir günlük istirahət üçün də yetərli deyilmiş... Bəs bu qədər “ağ adam” haradandır? Doğrudanmı hakimiyyət yalnız onların qayğısına qalır...”

“BAYRAMDAN SONRA BAHALAŞMA OLACAQMI?”

“Azadlıq qəzetinin “Bayramdan sonra bahalaşma olacaqmı?” sərlövhəli yazısında iqtisadçı Qubad İbadoğlu bildirir ki, enerji qimyətlərində, sərnişin və yük daşınmasında bahalaşma müşahidə oluna bilər:

“Bahalaşma hazırda ölkə üzrə müxtəlif bazarlarda gedir. Amma bu bazarda bahalaşmanın əsas səbəblərindən biri inhisarçılıqdır. Qeyri-ərzaq bazarında adətən əksinə ilin əvvəlində ucuzlaşma gedir. Çünki əhali ilin başlanğıcında sərbəst vəsaitlərə malik olmurlar və qeyri-ərzaq məhsullarına çox vəsait xərcləmirlər. Ona görə alıcılığın aşağı olması üzündən burada ucuzlaşma baş verə bilər. Enerji qimyətlərində isə bahalaşma gözləniləndir. Çünki enerji istehsalına əvvəlki illərlə müqayisədə daha çox məsrəf tələb olunur. Belə ki, enerji istehsalında əsas xammal olan təbii qazın qiymətini ARDNŞ ilin sonunda bahalaşdırıb”.

ÖTƏN İL 21 QIZ İNTİHAR EDİB

Modern.az saytı intiharlarla bağlı yazı hazırlayıb. Sayt yazır ki, 2013-cü ildə həyatına qəsd edənlərin 21 nəfəri qız olub. Sayt ötən ildə rəsmi mənbələrin açıqladığı məlumatlar əsasında əldə etdiyi statistikanı araşdırıb:
“İl ərzində 29 məktəbli və yeniyetmə intihar yolu ilə ömrünə son qoyub. Ən dəhşətlisi odur ki, canına qəsd edənlərin 21 nəfəri qızlar olublar. 2013-cü ildə 14 nəfərin intihar cəhdi baş tutmayıb. Yenə çoxluq (9 nəfər) qızların payına düşür”.

Sayt yazır ki, istənilən məktəblinin, yaxud yeniyetmənin həyatına qəsd etməsi bu yaxınlarda özünü yandıran Qarabağ əlilinin taleyi qədər cəmiyyəti, xüsusilə də təhsil ictimaiyyətini ciddi düşündürməlidir:

“Etiraf etmək lazımdır ki, Azərbaycanda intiharların qarşısının alınması üçün dövlət səviyyəsində mübarizə demək olar aparılmır. Bu, bir yana, ölkəmizdə həyatına qəsd edənlərin rəsmi statistikasını da heç yerdən əldə etmək mümkün deyil”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG