Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:45

Avtomobili Yol Polisinin üstünə sürən sürücü saxlanıb


-
Daxili İşlər Nazirliyi idarə etdiyi avtomobili Yol Polisinin üstünə sürən sürücü barədə məlumat yayıb.

Məlumatda deyilir ki, yanvarın 5-i saat 23 radələrində Biləsuvarda «Mercedes» avtomobilinin sürücüsü yol hərəkət qaydasını pozduğu üçün baş inspektor, polis leytenantı Ramal Ağaməmmədov ona «saxla» işarəsi verib. Sürücü tabeçilik göstərməyərək avtomobillə R.Ağaməmmədovu və xidməti BMW markalı avtomobili vuraraq hadisə yerindən qaçıb.

Astara şəhər sakini Zamir Şəfiyev idarə etdiyi «Mercedes»də saxlanıb.
Polis leytenantı R.Ağaməmmədov xəstəxanaya yerləşdirilib.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG