Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:20
Çexiyanın daxili işlər nazirliyi Fələstin müxtar ərazilərindən Praqadakı Fələstin səfirliyində qanunsuz silah saxlanılmasına aydınlıq gətirilməsini istəyib.Nazirlik bunu diplomatik münasibətlərlə bağlı Vena konvensiyasının ciddi şəkildə pozulması kimi qiymətləndirir.

Çexiya polisi ötən həftə Fələstin səfirinin ölümü ilə bağlı səfirlikdə axtarış apararkən 12 ədəd silah tapıb.

Fələstinin xarici işlər nazirliyi ittihamı rədd edir və bu silahların hələ keçmiş Cexoslovakiya dövründən qaldığını deyir.

56 yaşlı Jamal al Jamal yanvarın 1-də səfirliyin seyfini açarkən partlayış baş verib və nəticədə ölümcül yaralanaraq sonradan keçinib.

Partlayışın səbəbi hələlik bəlli deyil, istintaq gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG