Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:42

İraqın baş naziri Falluca sakinlərini köməyə çağırdı


-
İraqın baş naziri Nuri al-Maliki Falluca sakinlərini şəhəri “Əl-Qaidə” yaraqlılarından azad etmək üçün tədbirlər görməyə çağırıb.

Bu gün dövlət televiziyasında çıxış edən Maliki yaraqlıları terrorçu adlandırıb.

Bundan əvvəl İraq hökumətinin Ənbar vilayətini azad etmək üçün sünni yaraqlılara qarşı hücuma keçəcəyi haqqında məlumatlar yayılmışdı.

Keçən həftə “Əl-Qaidə” ilə bağlı olan silahlılar Falluca və Ramadinin bir hissəsi üzərində nəzarəti ələ keçirmişdi.

Bazar günü ABŞ dövlət katibi Jhon Kerry bildirib ki, ABŞ iraqlılara Əl-Qaidə ilə mübarizədə bütün lazımi yardım göstərməyə hazırdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG