Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:36

Erdoğan həbrçilərin təkrar məhkəməsinin keçirilməsinə etiraz etmir


-
Türkiyənin baş naziri Receb Tayyip Erdoğan deyib ki, hökumətə qarşı qəsddə ittiham olunaraq məhkum edilmiş hərbçilərin təkrar məhkəməsinin keçirilməsinə etiraz etməyəcək.

Erdoğan deyib ki, əgər məhkəmənin keçirilməsi üçün bütün hüquqi əsaslar olacaqsa, heç kim təkrar araşdırmalara mane olmayacaq.

2012-ci və 2013-cü illərdə Türkiyədə yüzlərlə hərbçi azadlıqdan məhrum edilib.
Ötən həftə onların vəkilləri məhkəmə qərarlarından şikayət ərizəsi ilə müraciət edib.

Ötən ay isə Türkiyədə korrupsiya cinayətlərinin araşdırılması ilə bağlı həbslər olub. Həbslər ölkədə siyasi gərginliyə səbəb olub. Bundan sonra bir neçə nazir istefaya gedib. Erdoğan bu həbslərin ölkədə sabitliyi pozmaq məqsədi güddüyünü bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG