Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:18
-
Sabiq rektor, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayev “Yeni Müsavat” qəzetinə yeni müraciət göndərib.

“Müraciətində bəzi media orqanlarında 30 dekabr 2013-cü il tarixində dərc edilən “Elşad Abdullayevin yaydığı videodakı şəxsə hökm oxunub” başlıqlı yazılara etirazını bildirib. Xatırladaq ki, həmin yazılarda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin E.Abdullayevin yaydığı videoda görüntüsü olan Natiq Babaşov və ABU-ya işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Mirsahib Məcidovun cinayət işi üzrə məhkəmə prosesi keçirilməsi və hökmə əsasən, hər iki şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsi qeyd edilmişdi.

E.Abdullayev müraciətində yazıb ki, istintaqa kömək etmək məqsədilə hər iki şəxslə bağlı gizli video görüntülər sosial şəbəkələrdə və KİV-də ictimailəşdirilib:

“Ancaq Mirsahib Məcidov və Natiq Babaşov haqqında, eləcə də Mahir Abdullayevin oğurluğunda bilavasitə iştirak edən digər subyektlər haqqında məhkəmə hökmünü qanunsuz, əsassız, qeyri- obyektiv, qərəzli və həqiqətə uyğun olmayan siyasi sifariş hesab edirəm. Birincisi, bu hökm siyasi sifarişdir. Mənim söhbətim videogörüntülərdən göründüyü kimi, yalnız oğurlanmış MTN zabiti Mahir Abdullayevin geriyə qaytarılması haqqında olub. Ancaq siyasi sifarişi yerinə yetirən məhkəmə özü bilə-bilə əsas məsələdən yan keçir, MTN zabiti Mahir Abdullayevin tapılıb ailəsinə qaytarılması üçün qanuni borcunu yerinə yetirmir”.

BAYRAM GÜNLƏRİ TƏCİLİ YARDIMA 10 MİN ADAM MÜRACİƏT EDİB

Bayram günləri Bakıda təcili yardım stansiyalarına müraciətlərin sayı təxminən 10 minə çatıb.

Təcili yardım maşını

Təcili yardım maşını

Bu haqda Trend agentliyinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib.

Onun sözlərinə görə, bayram günlərində BŞTTTYS-də 9617 müraciət qeydə alınıb. 2013-cü il dekabrın 31-də 2 497, 2014-cü il yanvarın 1-də 2 370, yanvarın 2-də 2 450, yanvarın 3-də isə 2 300 çağırış olub. Halbuki adi günlərdə müraciətlərin sayı adətən 1500-1600 olur. Çağırışlar, əsasən, böyüklərdə arterial təzyiq və kəskin respirator xəstəliklərlə (KRX) bağlı olub. Həmçinin uşaqlarda respirator xəstəliklərlə bağlı çağırışların sayı artıb.

“ONLAR DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLL OLUNMASINI İSTƏMƏDİLƏR”

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 2013-cü il üçün müsbət fikir söyləyə bilməyəcəyimə görə təəssüf edirəm”.

Bahar Muradova

Bahar Muradova

Bunu AzNews.az saytına açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova 2013-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların yekunları haqda danışarkən bildirib.

B. Muradovanın sözlərinə görə, 2013-cü il də Dağlıq Qarabağ probleminin həlli sülh danışıqları prosesi kimi davam edib:

“Təəssüf ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin ədalətli həllindəki fəaliyyəti nəticənin əldə olunmasına bir o qədər də təsir göstərmədi”.

B. Muradova ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi ilə bağlı yayılan fikirlərə də münasibətini bildirib:

“Həmsədr ölkələrin yeniləri ilə əvəz edilməsinin tərəfdarı deyiləm. ABŞ, Rusiya, Fransa kifayət qədər güclü dövlətlərdir və Ermənistana münaqişənin həlli ilə bağlı çox ciddi təsir göstərmək imkanları var. Təəssüf ki, ötən illərdən bəri Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllində həmsədr ölkələr öz imkanlarını tam sərgiləməyiblər”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG