Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:24

Suriyada qaçırılan türkiyəli jurnalist geri qaytarılıb


-
Suriyada qaçırılan türkiyəli jurnalist, “Milliyet” qəzetinin fotomüxbiri Büyamin Aygün dünən gecə Türkiyəyə qaytarılıb. Jurnalisti Türkiyənin Milli Təhlükəsizlik Nazirliyinin 8 nəfərlik üzvü Hatayın Cilvegözü sərhəd xidmətindən ölkəsinə gətirib.

Büyamin Aygün jurnalistlərə xilas olunduğuna inanmadığını bildirib. Deyib ki, Suriyada çox çətin günlər keçirib.

“80 milyonluq ölkənin vətəndaşıyam. Ümidimi heç itirmədin. Fikirləşirdim ki, Xarici İşlər Nazirliyi mütləq mənimlə maraqlanır, dayanmadan dua edirdim. Ancaq bu qədər tez azad olunacağımı gözləmirdim. Bir ara haqqımda ölüm hökmü də çıxarmışdılar, ya gülləyə tutacaqdılar, ya da başım kəsiləcəkdi. Məni casus sayırdılar. 20 gündən sonra sorğu-sual bitdi. İşgəncə verməsələr də həmişə əllərim qandallı, gözlərin bağlı idi. Yerimi də tez-tez dəyişdirirdilər”.

Büyamin Aygün 40 gündür Suriyada Əl-Qaidəyə yaxınlığı ilə tanınan İraq Dəməşq İslam Dövləti qruplaşması tərəfindən əsir götürülmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG