Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:29

Bakıda təyyarə qəza enişi edib


-
«Singapore Airlines» aviaşirkətinin «Airbus-380» sərnişin təyyarəsi Bakı şəhərinin hava limanında məcburi eniş edib.

APA-nın məlumatına görə, aviaşirkətin sosial şəbəkələrdə yaydığı rəsmi xəbərə görə, məcburi eniş yerli vaxtla saat 01:03 həyata keçirilib və təyyarə kabinəsinin hermetizasiyasının açılması ilə bağlı olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Təyyarənin göyərtəsində 467 sərnişin və 27 heyət üzvü olub.

Sinqapur aviaşirkəti yerli hakimiyyət orqanlarından sərnişinlərin müvəqqəti olaraq otellərdə yerləşdirilməsini xahiş edib. Tezliklə Sinqapurdan yeni təyyarənin göndəriləcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG