Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:03
-
Qadın voleybolçular arasında Bakıda keçirilən dünya çempionatının seçmə mərhələsinin J qrupunun oyunlarına yekun vurulub.

Qrupda son matçını Serbiyaya qarşı keçirən Azərbaycan komandası rəqibinə 3:2 hesabı ilə qalib gələrək dünya çempionatının finalına vəsiqə qazanıb.

Cütün taleyi beşinci hissədə - «tay-brek»də həll olunub. Bu hissədə 18:16 hesablı qələbə sayəsində Azərbaycan voleybolçuları qrupda birinci yeri tutublar.

Azərbaycan - Serbiya - 3:2 (19:25, 25:18, 18:25, 25:16, 18:16)

Dünya çempionatı bu il sentyabrın 23-dən oktyabrın 12-nə kimi İtaliyada təşkil olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG