Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:04

Bağdadda bazar günü 15 nəfər həlak olub


-
Bağdadda partlayışlarda azı 15 nəfər ölüb, onlarla şəxs yaralanıb. Polisin məlumatına görə, bazar günü partlayışları şəhərin şimalında Shaab məhəlləsində baş verib. Bir restoran və çay evi yaxınlığında iki avtomobil partladılıb. Partlayışda 10 nəfər ölüb, 26 nəfər yaralanıb.
Üç nəfərin öldüyü və altı nəfərin yaralandığı digər partlayış isə mərkəzi Bab al-Muadham məhəlləsində baş verib. Daha 2 partlayışda iki mülki şəxs ölüb, 13 nəfər yaralanıb.
Tibb rəsmiləri itkilərə dair rəqəmləri təsdiqləyib, ancaq informasiya yaymaq səlahiyyətləri olmadığından anonim danışıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG