Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:07

Banqladeşdə seçki zorakılıqla keçir


-
Bazar günü Banqladeşdə seçkilər başlayıb.

Ötən bir neçə həftə ərzində bu ölkədəki müxalifətin aksiyalarında 100-dən çox adam ölüb. Rəsmilər seçkiöncəsi ölkədə 100 seçki məntəqəsinin yandırıldığını bildirib.
Əsas müxalifət partiyası olan Banqladeş Milli Partiyası seçkini boykot edir və «qalmaqallı saxtakarlığa» qarşı iki günlük tətilə başlayıb.
Baş nazir Sheikh Hasina müxalifətin istefa tələblərini rədd edir. Müxalifətin bir tələbi də odur ki, əvvəlki seçkilərdə olduğu kimi, seçkiyə neytral administrasiya nəzarət etsin.
Müxalifətin boykot səbəbindən Hasina-nın Awami Liqası hakimiyyətdə qala bilər. Belə ki, parlamentdəki yerlərin yarıdan çoxu uğrunda mübarizə aparılmır. Seçki müddətində Banqladeş ətrafına 50.000 əsgər yerləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG