Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:55

Türkiyə kürd deputatlarını azadlığa buraxır


-
Türkiyədə məhkəmə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına (PKK) bağlılıqda şübhəli bilinən üç kürd deputatın həbsdən buraxılmasına qərar verib. Qərar şənbə günü cənubşərqi Diyarbəkir şəhərində qəbul olunub. Cümə günü isə iki kürd parlament üzvü azadlığa buraxılıb.
Üç deputat Kürd Sülh və Demokratiya Partiyasının üzvləri Selma IrmakandFaysal Sariyildiz və müstəqil Kemal Aktas-dır. Məhkəmə onların nə vaxt azadlığa buraxılacağını bildirməyib.
Bundan əvvəl Türkiyənin Konstitusiya Məhkəməsi qərar verib ki, həbs olunmaqları bu seçilmiş rəsmilərin hüquqlarını pozub. Beş deputat 2010-cu ildən bəri, PKK ilə əlaqələrdə şübhəli bilinərək saxlanıb.
PKK 28 ildən çoxdur separatçı fəaliyyətlə məşğuldur. Ankara və PKK martda atəşkəs barədə razılığa gəliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG