Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:15

Daha bir nəfər intihar edib


-
Yanvarın 5-də gecə saatlarında metronun "Koroğlu" stansiyasının yaxınlığında, Heydər Əliyev prospektindəki körpüdə intihar hadisəsi qeydə alınıb.

Hadisə şahidlərinin minval.az-a verdiyi məlumata görə, 20 yaşlarında bir gənc körpünün dəmir konstruksiyasının üzərinə çıxıb və özünü ataraq intihar edib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, qurumun “112” qaynar telefon xəttinə Sabunçu rayonunda 1 nəfərin intihar etmək məqsədilə körpünün üzərinə çıxması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn xilasedicilər intihar cəhdinin qarşısını almaq üçün təhlükəsizlik yastığı quraşdırıb, alpinist ləvazimatları, müvafiq xilasetmə avadanlıqları hazırlanıb, vətəndaşlar təhlükəsiz məsafəyə uzaqlaşdırılıb.

Xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlərin aparılması üçün cəhd etsələr də, vətəndaş heç bir psixoloji bağlantıya girməyib və intihar niyyətini həyata keçirib. O, körpünün qoruyucu dirəklərinə dəyərək təhlükəsizlik yastığının üzərinə düşüb və dərhal Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Təxminən 20 yaşlarındakı gənc təcili yardım vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən şəxsin həyatını xilas etmək mümkün olmayıb

Günün bütün mövzuları

XS
SM
MD
LG