Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:57
-
Banqladeşdə parlament seçkilərinə bir gün qalmış onlarla seçki məntəqəsi yandırılıb.

Ölkənin müxalifət partiyası seçkilərin «partiyasız müvəqqəti administrasiya»nın nəzarəti altında keçirilməsi tələbilə yanvarın 4-dən tətilə başlayıb.

Hökumət bu tələbi yerinə yetirməkdən imtina edir.

Daha əvvəl müxalifət lideri Khaleda Zia tərəfdarlarını seçkiləri boykota çağırıb. Zia ev dustağı edildiyini bildirsə də, hakimiyyət bunu təkzib edir.

Son bir neçə həftə ərzində Banqladeşdə etiraz aksiyalarında azı 100 nəfər ölüb.

1991-ci ildən başlayaraq saxtakarlığa yol verilməməsi üçün Banqladeşdə seçkilər «partiyasız müvəqqəti administrasiya»nın nəzarəti altında keçirilirdi. Hakim partiya 2010-cu ildə bu sistemi ləğv edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG