Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:56

İraqda bir gündə 100-dən çox adam öldürülüb


Yaraqlılar Fəlluca şəhərində

Yaraqlılar Fəlluca şəhərində

-
Yanvarın 3-də İraqın Anbar vilayətində polislə sünnilər arasında baş verən toqquşmalarda 100-dən çox adam ölüb.

Sünnilər şiələrin hakimiyyət orqanlarında üstünlüyünə etiraz edirlər.

Silahlı toqquşmaların mərkəzi Fəlluca və Ramadi şəhərləridir.

Yerli hakimiyyətin verdiyi məlumata görə, toqquşmalarda 30-dan çox dinc sakin, «İraq İslam Dövləti» adlı hərbi birləşmənin 70-ə yaxın döyüşçüsü ölüb.

Polisin itkiləri barədə məlumat verilmir.

Yanvarın 2-də sünnilər «əl-Qaidə» ilə bağlılığı olan islamçıların köməyi ilə Fəlluca və Ramadi şəhərlərinin böyük bir hissəsini ələ keçiriblər. Məhəllələri üsyançılardan azad etmək üçün hərəkətə keçən ordu güclü müqavimətlə üzləşib.

Qarşıdurma dekabrın 30-da - polis hakimiyyətdə şiələrin üstünlüyünə etiraz edən sünniləri çadır şəhərciyindən qovandan sonra başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG