Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:12

Meşədə kəsməyə ağac qoymayan sərkərlilər


«Başlıca problemlərimiz yol, su, qaz problemidir».

«Başlıca problemlərimiz yol, su, qaz problemidir».

-
«Xaçmazın Sərkərli kəndi rayonun dilbər guşələrindən biridir. Ancaq çox baxımsız, yaddan çıxmış bir kənddir. Yayda evlərdə tozdan oturmaq olmur. Qış gəldi, dizə qədər palçığın içərisindəyik... Uşaqlar məktəbə gedə bilmir».

KÖHNƏ BORİSPOL, YENİ SƏRKƏRLİ...

İnsanların boz həyat sürdüyü bir kənddən danışacağıq - ən azı 300 ailənin yaşadığı Sərkərlidən. Yaxın keçmişə qədər kəndin adı Borispol olub. Sakinləri də ruslar... Zaman-zaman köçlərini tutub Rusiyaya gediblər. Yerlərini kənar kəndlərdə yaşayanlar tutub. Ancaq tezliklə adamlar Sərkərliyə qədəm qoyub burada yer-yurd salmalarına peşman olublar. Səbəbindən özləri danışır:

«Başlıca problemlərimiz yol, su, qaz problemidir. Bu ərazilərdə 10 kənd var. Hamısında 1-2 artezian var. Neçə illər idi ki, çöküntü, zəhərli sulardan istifadə edirdik. İndi o sular da çəkilib. Ümumiyyətlə, susuz qalmışıq. Yol da ki, gələndə gördünüz. Maşınla birtəhər keçmək olur, piyada keçmək mümkün deyil».

Sakinlər deyirlər, bir müddət əvvəl kəndə qaz xətləri çəkiləndə yolları qazıb-töküblər. O vəziyyətdə qoyub çıxıb gediblər:

«Bələdiyyə deyir, fondda pul yoxdur. Başadüşüləndir. Ancaq məgər bu problemlərlə təkcə bələdiyyə məşğul olmalıdır? Yerli icra hakimiyyətinə gedirik, qəbul edirlər, vədlər verirlər. Çıxıb gəlirik, aylar keçir, ortada heç nə yoxdur. Kəndin cavanları internetə girirlər, başqa yerlərdəki yaşayışı görüb baş götürüb kənddən qaçmaq istəyirlər».

«Başqa yerlərdəki yaşayışı görüb baş götürüb kənddən qaçmaq istəyirlər».

«Başqa yerlərdəki yaşayışı görüb baş götürüb kənddən qaçmaq istəyirlər».

«BURDA YAŞAMAĞA İMKAN YOXDUR»

Sərkərlilər deyir, kəndin yolları sonuncu dəfə 1987-ci ildə düzəldilib. Onu da bu yaxınlarda qaz xətti çəkəndə yerli qaz idarəsinin işçiləri söküb-töküblər.

Sərkərlinin problemlərini sadalamaqla bitmir. Biri də qaz problemidir. Baxmayaraq ki, kəndin yolları qaz xətlərinin çəkilişlərinin güdazına gedib, sakinlər yalnız bu xətləri görə biliblər. Qaz özü isə hələ kəndə gəlib çatmayıb. Sakinlər deyirlər ki, yaxın meşəliklərdə kəsməyə ağac qalmayıb:

«Yeni məhəllələrdə qazlaşdırma yoxdur. Kəsməyə meşə qalmayıb. Dəfələrlə müraciət etmişik. Məhəl qoymurlar. Deyirlər, imkanımız yoxdur. Şəxsi hesabınıza çəkin, nə vaxtsa özümüz sayğac qoyarıq. İmkan yoxdur burda yaşamağa».

İCRA BAŞÇISI DEYİR «DÖZÜN»

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev deyir ki, ötən il bir neçə kənd qazlaşdırılıb, yolları təmir olunub. Başçı bu işlərin mərhələli və növbəlilik qaydasında həyata keçirildiyini bildirir. Bu növbə Sərkərliyə nə vaxt gəlib çatacaq, bax, bunu başçı da dəqiq bilmir.

Şərhləri göstər

XS
SM
MD
LG