Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:57

Cənubi Sudanda tərəflər atəşkəsi müzakirə edirlər


Cənubi Sudan hərbçiləri

Cənubi Sudan hərbçiləri

-
Yanvarın 4-də Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Cənubi Sudanda münaqişə tərəflərinin nümayəndələri arasında görüş keçiriləcək.

Görüşdə məqsəd dünyanın ən gənc dövlətində üç həftə əvvəl başlayan döyüşlərə son qoymaqdır.

Efiopiyanın xarici işlər naziri Tedros Adhanom bundan əvvəlki məsləhətləşmələri «məhsuldar» adlandırıb.

BBC-nin məlumatına görə, yanvarın 3-də üsyançıların əlində olan Bor şəhərində şiddətli döyüşlər davam edib. Hökumət qoşunları Bor və Bentiu şəhərlərində nəzarəti ələ keçirmək istəyir. Üsyançılar isə Cənubi Sudanın paytaxtına doğru hərəkət etmək niyyətində olduqlarını bildirirlər.

Cənubi Sudanda silahlı qarşıdurma dekabrın ortalarında başlayıb. Ölkə prezidenti Salva Kiir ölkədə dövlət çevrilişinə cəhd olduğunu bəyan edib. Prezident buna görə keçmiş vitse-prezident Rijeka Mashar və onun tərəfdarlarını ittiham edib.

BMT-nin məlumatına görə, münaqişə başlayandan bəri Cənubi Sudanda mindən çox adam ölüb, 200 minə yaxın adam evlərini tərk etməyə məcbur olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG